Hamilə qadın dəm qazından boğulub öldü

Salyanda iki aylıq hamilə olan gəlin dəm qazından boğulub.

Kelbecertv.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə qadının yaxınları “unikal.org”a bildiriliblər.

Verilən məlumata görə, 24 yaşlı Zəkirə Bədəlova yaşadıqları mənzildə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O, qaynı övladının ad gününə getmək üçün hazırlanırmış.

Ailə üzvləri gəlinin uzun müddət vanna otağından çıxmadığını görərək, hamama keçəndə onun meyitini aşkarlayıblar.

Mərhum bir il öncə ailə həyatı qurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir