Hansı  dövlət qurumları sosial mediada daha  aktivdir ?

Son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib.
Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar  təşkil olunur.
Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur.
Yəni, bir çox dövlət  qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər,  həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər .
Müşahidələrim və qısa araşdırma əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarını təqdim edirəm :
1. “Azəriqaz” İstehsalat Birliyi (Qurumun rəhbəri Ruslan müəllim son bir ayda demək olar ki, Facebook-da yatıb-durur )
2. Baş Prokurorluq (Nəinki Baş Prokurorluq, hətta bir sıra rayon prokurorluqları da son zamanlar  sosial mediada aktvdir)
3. Təhsil Nazirliyi
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Dövlət Miqrasiya Xidməti
Osman Gündüz Azərbaycan İnternet Forumunun rəhbəri 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir