Hansı rayonlarda koronavirus yayılmayıb? – Tam siyahı

Azərbaycanda koronavirusun yayılma coğrafiyası ilk dəfə açıqlanıb və bölgələrin adları bəyan edilib. Məlum olur ki, Bakının bütün 12 rayonlarında koronavirus yayılıb.

COVİD-19 epidemiyası qeydə alınmayan Azərbaycan rayonlarının siyahısı hazırlanıb.
Maraqlıdır ki, cənub zonası üzrə Masallı, Yardımlı və Lerikdə koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Şimal zonasına gəlincə, yalnız Şabranda və Xudatda infeksiyaya yoluxan yoxdur.
Şimal-qərb bölgəsində Yevlax, Bərdə, Goranboy, Gəncə, Göygöl, Samux, Ağstafa, Şəmkir, Gədəbəy rayonlarında epidemiyaya yoluxma faktı yoxdur.
Həmçinin, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarından da bu virus hələ ki yan keçib.
Bundan başqa, şimal-şərqdə Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir, Oğuz, Şəki, Balakən regionlarında da koronavirusa yoluxan olmayıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında da infeksiyaya yoluxma faktı qeydə alınmayıb.
Xatırladaq ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir. Bildirilir ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.
Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.
Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir. Bundan başqa, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 11 koronavirusa yoluxma halı qeydə alınıb. Regionlarda isə virus daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).
Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir