Hava limanında donuz “peyda oldu” – VİDEO

ABŞ-ın San-Fransisko Hava Limanında qəribə hadisə baş verib.

Hava Limanı rəhbərliyi sərnişinlərin stresini azaltmaq üçün limana “terapiya donuzu” gətiriblər.

Lilou adlı donuzun başında pilot papağı, ayaq dırnaqlarında qırmızı boya olub.

“CNNTürk” xəbər verir ki, Lilou pianoda ifa etməyi və bəzi səsləri təqlid etməyi bacarır.

Sərnişinlər uçuşdan əvvəl Lilou ilə oynayıb, şəkillər çəkdiriblər.

Qeyd edək ki, ABŞ-ın bir çox Hava Limanında bu məqsədlə “terapiya itləri” mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir