Hindistanda “su pərisi” dünyaya gəldi

Hindistanın Uttar-Pradeş ştatının Lakximpur-Kxeri dairəsində sirenomeliya ilə uşaq doğulub.

Kelbecertv.com  xəbər verir ki, bu haqda “The Times of India” nəşri bildirib.

Nəşrin məlumatına görə, yerli xəstəxanada doğuş normal keçib, amma körpə bitişik ayaqlarla dünyaya gəlib. Körpənin vəziyyəti ağır olduğundan həkimlər onu dairə xəstəxanasına aparmağı tövsiyə ediblər, amma körpə yolda həyatını itirib.

Həkimlərin sözlərinə görə, uşaq çox zəif idi və doğulduqdan bir saat sonra – hələ körpənin cinsiyyəti müəyyən edilmədən ölüb.

Qeyd edək ki, sirenomeliya və ya su pərisi sindromu adlanan genetik anomaliya körpənin aşağı ətraflarının bitişik formada olmasına deyilir. Sirenomelia sindromu ilə doğulan uşaqların ayaqları ana bətnində bitişik halda inkişaf edir. Belə olduqda uşaqların cinsiyyətini də müəyyələşdirmək olmur.

Anomaliya daxili orqanların lazımınca inkişaf etməməsinə görə uşağın ölümünə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqlar bir gündən artıq yaşamır. Su pərisi sindromu hər 100 körpədən birində rast gəlinir.

“Publika.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir