Hindistanın ən böyük şəhərində sərt karantin rejimi tətbiq olunacaq

epa08532394 Indian health workers wearing personal protective equipment (PPE) sit on the staircase as they rest from exhaustion during conducting medical checkup of the residents of a 'containment zones' in Ambujwadi area, a COVID-19 hotspot, in Mumbai, India, 07 July 2020. According to media reports, Indian become the third worst-affected country in the world in this coronavirus pandemic EPA-EFE/DIVYAKANT SOLANKI

 

Hindistanın Maharaştra ştatında COVID-19 virusunun kəskin yayılması səbəbindən bazar ertəsi günündən başlayaraq karantin məhdudiyyətləri sərtləşdiriləcək.

BBC xəbər verir ki, yeni məhdudiyyətlərə əsasən, ştatda komendant saatı, istirahət günlərində isə tam lokdaun tətbiq olunacaq.

Hindistanda sentyabrın ortalarından bəri son sutka ərzində yoluxmada ən yüksək gündəlik göstərici (93 min 249) qeydə alınıb. Onların yarıdan çoxu paytaxtı Mumbay olan Maharaştra ştatının payına düşür.

Hökumət başçısı Narendra Modi mütəxəssislər komandasından ştata getməyi və xəstəliyin nəyə görə belə kəskin yayılmasının səbəbini aydınlaşdırmağı xahiş edib. Bu, Maharaştra ştatında artıq qaçılmaz olan ikinci lokdaundur.

Qeyd edək ki, Hindistanda indiyədək koronavirusa 12,5 milyon yoluxma halı təsdiqlənib və onlardan 165 mini ölümlə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir