Hüseynlə Zaur Kamal arasında gərginlik davam edir: “Bu gün görüşəcəyik və…” 

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “ARB” telekanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamala əsəbləşdiyi üçün efiri tərk edib.
Belə ki, Z.Kamal verilişdə qonaq olan Əməkdar artist Könül Kərimova ilə söhbəti zamanı Hüseynin səsini eşidib,-“Qardaş səsin gəlir, qulağım batır. O nə idi girişdə də “Bəbəyim” sonra yenə “Bəbəyim” mahnısını sintez elədin”,- deyib. Klarnet ifaçısı isə aparıcının sözlərinə qəzəblənib və bunları söyləyib:
“O mənim öz sintezimdir, xoşuna gəlmədi? Uşaqlara mahnını deyirəm, başqa söz danışmıram. Növbəti qonaq gələndə, bilək nə ifa ediləcək. Artıq ikinci dəfədir ki, bu hal təkrarlanır. Allah razı olsun. Yekə oğlansan camaat baxır, verilişdir, evdə deyilik. Onu niyə belə elədin, bunu niyə belə elədin?… Məndən yaxşı biləcəksən?”.
O, daha sonra klarnetini də götürərək efiri tərk edib.

 

Bəs, Hüseyn Məhəmmədoğlu bu gün yenidən efirə çıxacaqmı, yoxsa artıq telekanalın qara siyahısına salınıb?
Verilişdə yaşananlardan danışan klarnet ifaçısı Musavat.com-a bildirib ki, bu gün Zaur Kamalla görüşü olacaq:
“Bu gün Zaurla görüşüb, məsələni müzakirə edəcəyik. Mən hələ ki, verilişə çıxmağı düşünmürəm, çıxmayacağam. Görüşdən sonra verilişdə qalıb-qalmayacağıma qərar verəcəyəm”.
H. Məhəmmədoğlu müğənni Xatirə İslamın telekanal rəhbərlərindən efirə çıxmaq üçün qonorar tələb etməsinə münasibət bildirmək istəməyib:
“Xatirəni çox istəyirəm, yaxın dostumdur. Lakin onun bu tələbi ilə bağlı nə isə deyə bilməyəcəm. Xatirənin şəxsi fikridir”.
ARB-nin mətbuat katibi Ozal İbrahimli isə saytımıza bildirib ki, telekanal Zaur Kamalla Hüseyn Məmmədəlioğlu arasında yaşananlara münasibət bildirməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir