I siniflərə şagird qəbulu nə zaman başlanacaq?

Birinci siniflərin məktəb seçimi sentyabrın 15-dək davam edəcək

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Sistemdə elektron qeydiyyat martın 10-dan aktivləşəcək. Martın 13-də saat 11:00-dan etibarən isə məktəb seçiminə start veriləcək.

Bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O bildirib ki, birinci siniflərin məktəb seçimi sentyabrın 15-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir