İcazə sistemində qeydiyyatdan keçən şirkətlərin sayı açıqlandı

“Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlasa da, yetərincə qeydiyyatdan keçənlər var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, hazırda saytda yüklənmələr var:

“Bu sayt qısa müddət ərzində hazırlanıb. Əsas məqsəd həm dövlət orqanlarının, həm də təşkilatların rahat şəkildə bu prosesi izləyə bilməsidir. Saytda yaranan yüklənmələrin əsas səbəbindən biri vətəndaşlarımızın yanlış anlayaraq, bu sayt üzərindən icazə almasıdır.

Buna görə qısamüddətli problemlər yaranır. Saytda olan problemlər o demək deyil ki, qeydiyyatdan keçmək mümkün deyil”.

“İndiyə olan məlumata görə, 6142 əməkdaş, 3480-dən artıq şirkət qeydiyyatdan keçib. Vətəndaşlara çağırış edirik ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər.

Eyni zamanda, şirkətlərdən xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər”, – deyə C.Salmanov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir