İlham Əliyev bu məşhura da ev hədiyyə etdi – FOTO

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.

Kelbecertv.com  xəbər verir ki, bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”BiG.AZ

İlham Əliyev bu məşhura da ev hədiyyə etdi - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir