İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Prezident İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir