İngilis dilində dinləyib – anlamağı öyrədək layihəsi davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar III qrant müsabiqəsi çərçivəsində qalib olmuş İngilis dilndə dinləyib-anlamağı öyrədək adlı layihə davam edir.Layihənin rəhbəri Milli Qəhrəman E.Kərimov adına 4nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədova, təlimçisi Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü məktəb liseyin müəllimi Xuraman Həsənovadır.Layihənin məqsədi Bərdə şəhərində yerləşən yerli və məcburi köçkün məktəblərində çalışan 25 xarici dil müəlliminə dinləyib – anlama bacarıqlarının tədrisində yeni strategiyaların tətbiqi yollarını öyrətməkdir. Layihənin həyata keçirilməsi nəticəsində 25 xarici dil müəllimi dinləyib- anlama bacarıqlarının tədrisində yeni strategiyaları öyrəndilər.Layihə nəticəsində 4 məcburi köçkün məktəbi olmaqla,14 tam orta məktəbdə dinləyib – anlama bacarıqlarını yeni strategiya ilə öyrədə bilən 25 müəllim fəaliyyət göstərir.Layihə nəticəsində orta hesabla 500-dən çox şagirdin dinləyib- anlama bacarıqlarının inkişaf etməsinə tövhə verildi. Bunun nəticəsində şagirdlərin ingilis dilində dinləyib – anlama bacarıqları inkişaf edir. 25 nəfər müəllim dinləmə prosesinin xarakteristikası,dinləmənin növləri, dinləyib – anlamanın  prinsiplərinin istifadə yollarını  öyrəndilər. Layihə çərçivəsində  müəllimlər müxtəlif strategiyalar ilə tanış oldular.  Layihə iştirakçıları təlimlərdə iştirak edərək aşağıdakı strategiyaları öyrəndilər.

  1. TTT (Test-teach-test üsulu)
  2. “Bottom-up” strategiyası
  3. “Top – down” strategiyası
  4. “Single word dictation”, “Line-by-line dictation”, “Full – text dictation”,

“Student –centered dictation”.

5.“The sink and swim” strategiyası

  1. İnternet resurslardan istifadə yolları.

Təlimlər  zamanı layihə iştirakçıları qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını öyrəndilər.Çətinliklərin aradan qaldırılması üçün,şagirdlərdə dinləyib-anlama prosesini asanlaşdırmaq üçün onlara müxtəlif cədvəllər , şəkillər təqdim edilməli, suallar verilməlidir.Dinləmədən  əvvəl şagirdlərlə mövzu müzakirə edilməli, mətnin məzmunu təsvir edilməli,açar sözlərin siyahısı verilməli və əqli hücum metodundan istifadə edilməlidir.Layihə iştirakçılarına şagirdlərin təfəkkürünü fəalləşdırmaq üçün şeirlərdən,pazllardan,zarafatlardan, rollu oyunlardan istifadə etmək yolları öyrədildi. Layihə iştirakçıları bu təlimlərdə British Council-un Teaching English  saytından , Randall”s ESL Cyber Listening Lab saytından , CNN Student News saytından, Podcast  Talk zone internet radiosundan ,Repeat AfterUs.com saytından istifadə yollarını öyrəndilər.Britaniya Şurasının Teaching English saytından dinləyib – anlama vərdişlərinin inkişaf etdirilməsi üçün  müxtəlif dinləmələrindən istifadə etməyi mənimsədilər .The British Soap Opera televiziya və radio seriallarından istifadə qaydalarını ,şagirdlərin müxtəlif dil səviyyələrinə uyğun olaraq seçilməsi ilə tanış oldular. Randall”s ESL Cyber Listening Lab saytında dinləmə anlama vərdişlərini inkişaf etdirmək üçün müxtəlif dinləmə fəaliyyətlərindən istifadə etdilər.  Bu fəaliyyətləri asan orta və çətin səviyyələrə bölməyi öyrəndilər.Dilin tədrisində İngilis mədəniyyətini göstərən videolar,söz ehtiyyatı ilə bağlı dərslər dinləmə ilə bağlı kvizlər  və tədris üçün materialları ilə tanış oldular. Müəllimlər şagirdlərin dil  səviyyəsinə uyğun olaraq dinləmə mətinlərinin PDF formatını yükləyib istifadə etmək yollarınıöyrəndilər.  CNN Student News xəbərlər proqramından istifadə etdilər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir