İngiltərə futbol klubu karantin qaydalarını pozan oyunçuları komandadan uzaqlaşdırdı

İngiltərənin “Uotford” futbol klubu karantin qaydalarını pozduqlarına görə komandanın üç oyunçusunu heyətdən uzaqlaşdırıb.

Bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, baş məşqçi Nayjel Pirson futbolçular Andre Qrey, Nataniel Çaloba və Dominquş Kini heyətdən müvəqqəti kənarlaşdırılıb.

Futbolçular karantin qaydalarının pozulduğu partidə iştirak etdikləri üçün bu cəzanı alıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir