İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq – Cəsarət Valehov

“Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib”.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, universitetlərə işin texnolji tərəfinin də necə qurulması ilə bağlı məlumat verildiyini deyib:

 

“Karantin müddətində universitetlərdə onlayn dərslərin keçirilməsi doğru addımdır. Universitetlərə bildirilib ki, bu dərsləri hansı proqramlarla keçmək daha əlverişli olar”.

 

C.Valehov deyib ki, internet imkanı məhdud olan tələbələrlə bağlı isə uyğun addım atılacaq:

 

“Tələbələrin internetə əlçatanlığı müzakirə olunduqdan sonra onlayn dərslərin təşkili mexanizmi ona uyğun qurulacaq. Universitetin elektron saytında onlayn dərslər mütəmadi olaraq yerləşdiriləcək və tələbə istədiyi vaxt dərsləri ordan izləyə biləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir