İqtisadiyyat naziri: “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı tədbirlər davam etdiriləcək”

2019-cu ildə olduğu kimi 2020-ci ildə də iqtisadiyyatın prioritet sahələri dəyişməz olaraq qalır. İqtisadiyyatda şəffaflaşma prosesləri, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı görülən tədbirlər davam etdiriləcək.

Kelbecertv.com  xəbər verir ki, bu sözləri bu gün “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir çıxışında “kölgə” iqtisadiyyatının haqsız rəqabətə yol açdığını bildirib: “İqtisadiyyatda haqsızlıq, qeyri-şəffaf mühit olduğu halda şəffaf işləyən sahibkarlar haqlı olaraq narazı qalır.

Qeyd edim ki, “kölgə” iqtisadiyyatına qarşı atılan ciddi addımlar şəffaf işləyənlər üçün yol açacaq. Bu çox uzun və çətin prosesdir. Biz hələ yolun ilk mərhələlərindəyik. “Kölgə” iqtisadiyyatı dövlət büdcəsinə də ciddi təhdid yaradır. Lakin xüsusi olaraq vurğulamaq istərdim ki, bu sahə müəyyən qədər aydınlanmağa başlayıb”.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir