İsmayıllı rayonunda 13850 ton kartof yığılıb

İsmayıllı rayonunda kartof yığımı başa çatıb. Sahələrdən 13 min 850 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda ənənəvi sahə olan kartofçuluq son illər dinamik inkişaf edir. Builki mövsümdə bölgədə 935 hektarda, o cümlədən 220 hektar sahədə intensiv becərmə texnologiyalar ilə kartof əkilib. Əkin sahələri keçən illə müqayisədə 50 hektar çox olub. Bu il istehsal olunan məhsul da ötən ildəkindən 3435 ton çoxdur. Kartof sahələrinin hər hektarından məhsuldarlıq 148,1 sentnerə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir