İtə atılan güllə azyaşlının başına dəydi

Rusiyanın Kabarda-Balkar respublikasında azyaşlı gülləyə tuş gəlib.

Lenta.ru-nun xəbərinə görə, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qorxutmaq üçün havaya atəş açıb.

Güllə yaxınlıqda olan yeddi yaşlı qızın başına dəyib.

Dərhal xəstəxanaya çatdırılan azyaşlı əməliyyat olunub. Həkimlər 7,62 millimetr olan gülləni çıxara biliblər. Hadisənin təfərrüatları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir