Keçmiş icra başçısının karantin rejimi: İdman edir, saz çalır – FOTO

Naftalanın keçmiş icra başçısı, sabiq deputat Musa Musayev koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində “Evdə Qal” kampaniyasına qoşulub.

60 yaşlı M.Musayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib:

“Axşamınız xeyir olsun, səmimi və hörmətli dostlar! Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir ki, evdə qal, təbiəti seyr et! Gənclər və İdman Nazirliyi deyir ki, evdə qal, idmansız qalma! Mədəniyyət Nazirliyi də deyir ki, evdə qal, ancaq musiqisiz qalma! Bizim də borcumuz əməl etməkdir!

Ay duman gel, get bu dağlardan,

Durna gözlü bulaqlardan.

Eşitmişəm babalardan,

Pis günün ömrü az olur, az olur!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir