Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Kelbecertv.com AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu 5 milyon manatdan 10 milyon 126 118 min manata artırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir