KOB-lar Beynəlxalq Pərakəndə Sərgisində

Noyabrın 22-də Bakı Bulvar Otelində “Beynəlxalq Pərakəndə Sərgi” öz işinə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.

Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində “Paşa Holdinq”in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, İT texnologiyalar və s. nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından da faydalıdır.

“FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə 21-23 noyabr tarixlərində “Beynəlxalq Pərakəndə Konqres”i çərçivəsində keçirilən Sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir