“Kontakt Home” kollektivi talassemiyalı xəstələr üçün qan verib – FOTO

“Kontakt Home” mağazalar şəbəkəsi talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Qan Bankı qan ehtiyatının çatışmazlığı ilə üzləşir. Bu çatışmazlıqdan ən çox irsi qan xəstəlikləri olan insanlar əziyyət çəkir. Belə günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib, qana ehtiyacı olan xəstələrə, xüsusən də talassemiyalı uşaqlara yardım etmələri, donor olmaları olduqca vacibdir. Bu məqsədlə “Kontakt Home” mağazalar şəbəkəsinin kollektivi könüllü qaydada Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü qanvermə aksiyasında iştirak edib.

Əməkdaşlardan toplanan qan ehtiyatı yoxlanılaraq, növbəti günlərdə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

“Karantin rejimi qaydalarına riayət edərək evdə qalmağımızla ətrafımızdakı insanların həyatını qorumuş oluruq. Ancaq bəzi zəruri hallarda evdən çıxmaqla da ətrafımızdakı insanların həyatını xilas edə bilərik! Bu günlərdə qana ehtiyacı olan insanları unutmayaq. Könüllü və həssas yanaşıb qan verərək, həyat xilas edək!” deyə, “Kontakt Home” öz sosial şəbəkə hesablarından sosial çağırış edib.

baxış sayı 28

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir