Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm

Son üç ay ərzində konsertə görə mənə 20 min manat ziyan dəyib. Konertimlə bağlı çox söz verilsə də, heç biri yerinə yetirilmədi.

Bunu Kelbecertv.com  Xalq artisti Könül Xasıyeva borca düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Bir çox şirkətlər, müəyyən insanlar söz versələr də, dediklərini yerinə yetirmədilər. Efirlərdə anonslar verilmədiyi üçün biletlər satılmadı. Televiziya kanalları məndən külli miqdarda pul istədi. Mənim də istənilən pulu ödəməyə imkanım yox idi.

Anons verilmədikdən sonra kim, harada, hansı tədbirin olacağını nə biləcək? Ona görə də şirkətlərə və icra hakimiyyətlərinə üz tutdum. Şirkətlərin adlarını çəkə bilməyəcəm. İcra hakimiyyətlərindən isə Səbail Rayon İcra Hakimiyyəti biletləri alıb pulunu da nağd ödədi. Amma Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər”, – deyə Könül Xasıyeva bildirib.

Xalq artisti bir çox müğənnilərin söz vermələrinə rəğmən, konsertə gəlmədiklərini qeyd edib:

“Xanəndə Mirələm Mirələmov və müğənni Könül Kərimova ikinci dəfə söz versələr də, konsertə gəlmədilər. Adlarını ona görə açıqlayıram ki, insanlar mənim yalan danışdığımı hesab etməsin. Çünki anonslarda onlardan icazə alıb adlarını çəkirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir