Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu – VİDEO

Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.

Sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var-Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, – deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoçarxı “Instagram” səhifəsində paylaşaraq, qadın zorakılığına qarşı çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir