Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü

Gəncədə 32 yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib.

Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir