Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Mədəniyyət Nazirliyinin strukturuna dəyişiklik edilib.

Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısından çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir