Məktəb direktoru: “Şəxsən mən Prezidentimizin müəllimlərə göstərdiyi qayğını, eləcə də məktəbimizin şagirdlərinin uğurlarını ən qiymətli hədiyyə hesab edirəm.

“Bütün peşələrin fövqündə duran bir peşə var – müəllimlik. Bu, olduqca şərəfli, eyni zamanda məsuliyyətli peşədir. Müəllim bütün sənət, peşə sahiblərinin yoluna nur çiləyir, bilik xəzinəsinin qapılarını onların üzünə açır. Elə bu kimi amilləri nəzəra alan ulu öndər Heydər Əliyev demişdir ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dovrlərdə müəllim əməyini yüksək qiymətləndirmişdir. Bu gün də bu missiyanı “Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir” deyən Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının sərəncamları ilə yeni məktəb binalarının tikilməsi, əsaslı təmir edilməsi, eləcə də sentyabrın 1-dən müəllimlərin aylıq vəzifə maaşlarının  20 faiz artırılması dediklərimin əyani sübutudur. Dövlətimizin ölkədə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə, müəllimlərin sosial rifahının yüksəldilməsinə yönələn siyasəti cəmiyyətimizdə birmənalı olaraq minnətdarlıqla qarşılanır. Artıq təhsilimizin inkişafındakı xidmətlərinə görə müəllimlərin fəxri adlara, medallara layiq görülmələri də ənənəyə çevrilib. Elə 5 oktyabr – Müəllimlər Günü ərəfəsində  Prezidentin imzaladığı Sərəncamlar buna misaldır”. Bu fikirləri Bərdə rayon şəhid Adil Süleymanov adına Şorəlli kənd tam orta məktəbinin direktoru Gülnarə Əliyeva “Aran Media” qəzetinə müsahibəsində söylədi.

Bildirdi ki, bu kimi addımlar təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, ölkəmizdə müəllim peşəsinin nüfuzunu da  artırır: “Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizinin müəllimlik ixtisasını seçməsi elə bu yüksəlişın təntənəsidir desəm, səhv etmərəm”.

Daha sonra: Gülnarə müəllimə bildirdiki “Şəxsən  mən Prezidentimizin müəllimlərə göstərdiyi qayğını, eləcə də məktəbimizin şagirdlərinin  uğurlarını ən qiymətli hədiyyə hesab edirəm. Qeyd edim ki, hər il olduğu kimi, bu il də məktəbimizin nailiyyətləri ürəkaçan olub. Belə ki,məktəbdə 224 nəfər şagird təhsil alır, 33 nəfər müəllim pedoqofi fəaliyyət göstərir. Son iki ildə məktəbin uğurları daha çox olub. 2018-2019-cu tədris ilində 11-ci sinifi 10 nəfər şagird bitirib. Onlardan 7 nəfəri Ali məktəblərə sənəd vermiş, 6 nəfəri müvafiq keçid balını toplayaraq Ali məktəblərə qəbul olmuşdur. Onlardan 2 nəfəri Səmədzadə Roza Vaqif qızı 627 bal toplayaraq BDU-nun hüquq fakultəsinə, Hüseynov Murad Pərviz oğlu 607 bal toplayaraq ADNSU-nin neft–qaz mühəndisliyi fakultəsinə daxil olub. Məktəb tarixində ilk dəfə olaraq Səmədzadə Roza fərqlənmə attestatı almışdır.

Belə uğurlar əldə etməyimizdə valideyn-müəllim münasibətləri də önəmli rol oynayır”.

Az sonra Gülnarə müəllimə bu sözləri də əlavə etdi: Mən 2017-ci ildə TN tərəfindən həyata keçirilən DJQ imtahanda iştirak elədim, rayon üzrə ən yüksək nəticə göstərərək Şorəlli kənd tam orta məktəbinə direktor təyin edildim. ADU filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. DQ imtahanından 57 bal toplamışam.

Müəllimlərin 15-ci qurultayının iştirakçısı olmuşam.Təhsil Şöbəsinin,Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişəm.

Onuda qeyd edim ki hal hazırda çalışdığım məktəb 1976-cı ildə isdifadəyə verilib hazırda məktəbimiz təmirsiz və şəraitsizdir .

Buna baxmayraq məktəbimizdə təlim-tərbiyə təhsil çox yüksək səviyədə təşkil olunmuşdur ,müəllimlik peşəsini daşıyan bir şəxs kimi deyə bilərəm ki, hər bir müəllim bu sənətin şərəfli və məsuliyyətli  olduğunu bir daha dərk etməli və onun yükünü çiyinlərində ləyaqətlə daşımalıdır.

1985-ci ildə Bərdədə ziyalı ailəsində anadan olmuşam. Ailəliyəm, iki övladım var.

 

Aran Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir