Məşhur bloqer öz ölümünü lentə aldı – ANBAAN VİDEO

“TikTok” ulduzu, bloqer Danial Xan avtomobil qəzasında həyatını itirib.

Hadisə Pakistanın İslamabad şəhərində baş verib.

Sükan arxasında canlı yayım açan bloqer avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirib və yük maşınına çırpılıb.

Hadisə zamanı maşında olan dörd nəfər həyatını itirib.

Vəfat edənlərin 20-22 yaş arası gənclər olduğu bildirilir.

Qeyd edək ki, Xanın “TikTok”da 200 minə yaxın izləyici var idi. O, öz ölkəsində məşhur bloqer sayılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir