Məşhur məşqçi Azərbaycandan təklif alıb? – FOTO

“Roma” klubunun sabiq baş məşqçisi Eusebio Di Françesko AFFA-dan təklif alıb.

Bu barədə iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Ötən ilin oktyabrında “Sampdoriya” klubundan ayrılan 50 yaşlı məşqçi işsizdir. O, özü İtaliya mətbuatına müsahibəsində İngiltərə Premyer Liqasının klublarından və Türkiyədən təklif aldığını bildirib. Onun Türkiyədən – hazırda baş məşqçisiz qalmış “Fənərbağça”dan təklif aldığı güman edilir.

Qeyd edək ki, Eusebio Di Françesko 2017-ci ildə “Roma”nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb – 2:1. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov 2017-ci ilin dekabrında məşqçilik təcrübəsi toplamaq üçün Romaya yollandığında bu məşqçi ilə də görüşüb, onun nəzəri biliklərini öyrənməyə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir