Məşhurlar Leyla Əliyeva ilə bir arada – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Live Life” sərgisində olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.

L.Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu.

Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, ötən gün L.Əliyevanın ad günü olub. O, özəl günündə bir çox tədbirə qatılıb. Mərkəzdə baş tutan sərgidə incəsənət nümayəndələri də yer alıblar. Xalq artisti Murad Dadaşov, aparıcılar Leyla Quliyeva, Hacı Nuran Hüseynov, müğənni Xəyyam Nisanov və Murad Sadıx da onlarla birlikdə olub. (Axşam.az)

Məşhurlar Leyla Əliyeva ilə bir arada - FOTOLAR
Məşhurlar Leyla Əliyeva ilə bir arada - FOTOLAR
Məşhurlar Leyla Əliyeva ilə bir arada - FOTOLAR
Məşhurlar Leyla Əliyeva ilə bir arada - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir