Məzahir Pənahov: “Bizim hüququmuz yoxdur ki…”

Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə qanun pozuntuları ilə bağlı yayılan videoları araşdıracaq.

Kelbecertv.com  xəbərinə görə, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, qanunu pozanlar haqqında sərt tədbirlər görüləcək.

M.Pənahov qeyd edib ki, məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir.

“Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar”, – deyə o əlavə edib.

M.Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir