Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər

Azərbaycanda Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.

Həmin siyahıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları da var.

Aprelin 5-sən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir