Milli Məclisin komitəsi onlayn rejimdə qərar qəbul etdi

“Elm və təhsil komitəsinə daxil olan qanun layihələrini onlayn rejimdə müzakirə edir və qərar qəbul edirik. Dünən, yəni martın 24-də komitəmizin iclası keçirilib və üç qanuna uzlaşdırma xarakterli dəyişikliklərlə bağlı qərar qəbul edilib”.

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib.

Onun sözlərinə görə,  qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib:

“Plenar iclasa tövsiyə olunan qanun layihələri aşağıdakılardır:

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş üçün)”.

Bəxtiyar Əliyev yarımçıq qalan qanun layihəsindən də söz açıb:

“Payız sesiyasından isə bir qanun layihəsi – “Ali təhsil haqqında” qanun layihəsi qalıb. İşçi qrup bu istiqamətdə işini davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir