Milli mətbuatın 145 illiyi yeni qaydada keçiriləcək

Azərbaycan milli mətbuatının 145 illik yubileyi tədbirləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçiriləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamda öz əksini tapıb.
Prezident Administrasiyasına (PA) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir