Mingəçevirdə aptek müdiri tutuldu: qanunsuz dərmanlar satırmış

Mingəçevirdə aptekdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satıldığı müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir