Mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Kia optima” markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə, yoxlama zamanı avtomobilin ön oturacaqlarında gizlədilən 1 ədəd “Redmi Note 8”, 1 ədəd “Samsung Galaxy A51” və 7 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir