Moskvada Qırmızı Meydana girişin bağlanmasının səbəbi açıqlanıb

Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydana giriş unudulmuş paket səbəbiylə bağlanıb.
APA bu barədə “RİA Novosti” agentliyinə istindən məlumat verir.
Hüquq mühafizə orqanlarından agentliyə bildirilib ki, tezliklə məhdudiyyətlər aradan götürüləcək.
Məlumata görə, meydanda unudulmuş bir paket tapılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlamalara başlayıb. Lakin sonradan paketi unutmuş şəxs geri qayıdıb. Rəsmi orqanlardan bildirilib ki, meydan yaxın vaxtlarda xalqa açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir