Müəllim – ən uca ad, ən şərəfli peşə !

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim.
Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq  şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.

Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində imzası yoxdur. Həqiqətən də müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi. Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.

Müəllim adını şərəflə daşıyan, ömrünü təhsilə sərf edən,xeyirxah,vicdanlı müəllimlərdən biri də 1978-ci ildə Bərdə şəhərində anadan olmuş Kazımova Könül Rəşid qızıdır. Kazımova Könül orta təhsilini Bərdə rayonunda almış,Bakı Dövlət Univetsitetinin tarix fakültəsini bitirmişdir. Ömrünün 21 ilini təhsilə sərf etmiş Könül müəllimə 2004-cü ildə Zərifə Əliyeva adına məktəbdə də gənc nəslin tərbiyəsi ilə məşğul olub.

Peşə fəaliyyətinin ən məsuliyyətli pilləsinə 2018-ci ildə durektorların işə qəbulu müsabiqəsindən sonra qədəm qoymuşdur. Müsabiqədən uğurla çıxan Könül müəllimə 2019-cu il aprel ayının 1-də E. Mirzəyev adına Muğanlı kənd tam orta məktəbinə direktor təyin olunmuşdu. Muğanlı kənd tam orta məktəbi 400 nəfərlik şagird kontingetindən və 50-yə yaxın müəllim heyətindən  ibarət böyük bir məktəbdir. Böyük məktəbin böyük məsuliyyəti olar. Könül müəllimə bu məsuliyyətin yükünü şərəflə daşımışdır. Onun məktəbdə apardığı tədbirlər sayəsində məktəbin uğurları daha da artmışdır. 2018-2019-cu tədris ilində məktəbin buraxılış sinfindən 20 nəfər ali məktəbə sənəd vermiş, onlardan 14-ü ali məktəbə, iki nəfəri kollecə daxil olmuşdur.

Cənab Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğ təhsilin hər sahəsində özünü göstərir. Yeni məktəblərin tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının təmiri, müəllim əməyinin qiymətləndirilməsini buna misal göstərmək olar. Könül müəllimənin də əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş;2008-2009-cu tədris ilində Prezidentin sərəncamı ilə Bərdədə ilin ən yaxşı müəllimi seçilmişdir.

Ailəlidir,iki övladı var. Qızı Tibb universitetində oxuyur.

Aran Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir