Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film hazırlayıb.

Filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin istehsalı olan ekran işində hələ 1905-1907-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdikləri diqqətə çatdırılır.

Filmdə erməni quldurlarının azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini dağıtdığına dair görüntülər də yer alıb.

Ekran işində tarixi kadrlardan istifadə olunub, eləcə də, mütəxəssislərin ermənilərin törətdiyi vəhşilik faktları barədə fikirləri əksini tapıb.

Film Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir