Müsəlman Şərqinin ilk operası – “Leyli və Məcnun”

Dövlət Tərcümə Mərkəzi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” adlı tanıtım videoçarxı hazırlayıb.

İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində beynəlxalq internet məkanında yayınlanacaq videoçarx dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli­ tərəfindən, Azərbaycan poeziyasının sütunlarından sayılan Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış 4 pərdəli, 6 şəkilli operanın yaranma tarixçəsindən, dünya musi­qi tarixinə müsəlman Şərqinin ilk operası kimi həkk edilməsindən bəhs edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir