Naftalanda sağlamlıq mərkəzində yanğın olub

Naftalan şəhərində ümumi sahəsi 6000 m² olan üçmərtəbəli sağlamlıq mərkəzinin zirzəmisində istifadəyə yararsız əşyalar 50 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Sağlamlıq mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir