Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini M.Mehdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini M.Mehdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 355 qram marixuana aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir