Nazir müavini: “Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflər açılır”

“Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflərin açılması üçün şərait yaradılır”.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir.

M.Vəliyeva bu il müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqların siniflərə yerləşdirildiyini də söyləyib: “1-ci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir