Nazir yeni rəis müavini təyin etdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Kelbecertv.com Oxu.az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Vüsal Rüstəmov Balakən rayon Polis Şöbəsinin rəis müavini təyin olunub.

O, bundan əvvəl Binəqədi rayon Polis İdarəsində rəis köməkçisi işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir