“Neftçi” – “Zirə” matçı qolsuz bitdi

Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

İlk oyun günündə 1 matç keçirilib. “Neftçi” “Zirə”ni qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu günə nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Qeyd edək ki, turun “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” oyunları noyabrın 29-da keçiriləcək.

28 noyabr (şənbə)

16:00. “Neftçi” – “Zirə” – 0:0

“Bakcell Arena”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir