Novruz Məmmədov: “Jak Şirak Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı”

Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə Baş nazir “Twitter” səhifəsində paylaşım edib: “Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi. Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir