Novxanıda 3 otaqlı ev yandı

Evin qalan hissəsi yanğından mühafizə olunub

Novxanı kəndində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir