O, ölümcül hesab edilən virusa qalib gəldi – VİDEO

Dünyada koronavirus (COVİD-19) infeksiyası yayılmada davam edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirus insanlarda və heyvanlarda rast gəlinən viruslar ailəsinin tərkib hissəsidir.

ÜST virusun təhlükəsi barədə həyəcan təbili çalır, yəni insanlar qorunmalı və qurumlar lazımi tədbirlər görülməlidir.

Bununla belə, qeyd olunur ki, koronavirus mülayim xəstəlikdir və sağalır.

BBC koronavirusa qalib gələn şəxslə bağlı videoçarx hazırlayıb. Videoada xəstəliyə qalib gələn qadın danışır.

Sinqapurdan olan xanım deyir ki, fevralda 38 dərəcədən yuxarı temepraturu olub. Onun sözlərinə görə, iki dəfə “Panadol” qəbul edəndən sonra özünü yaxşı hiss edib.

“Lakin mən yorğun idim və bütün günü yatırdım. Sonra qızdırma aşağı düşdü, hətta mənim öskürəyim də yox idi. Nəhayət, mən fevralın 7-də ayağa qalxdım və otaqda gəzməyə başladım”, – deyə xəstəxanada qaldığı günlərdən danışır.

Daha sonra əlavə edir ki, xəstəxanada ayrılan yeməklər xüsusi kamerada saxlanılıb.

Ötən ilin dekabrın sonlarından etibarən Çindən yayılmağa başlayan koronavirusa 93 min 76 insan yoluxub.

Virusdan ölənlərin sayı isə 3 min 200-ü keçib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir