Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir