Ötən il Azərbaycana qarşı casusluq edənlərin sayı açıqlandı

Man in Fedora and Raincoat

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olanların sayı açıqlanıb.

Hesabatda yazılıb ki, başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfər əməkdaşlıq edib.

Sözügedən şəxslərdən 12-si Azərbaycan, biri Rusiya, biri İran, biri isə Gürcüstan vətəndaşıdır.

Bundan başqa, bir nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir