Ötən il Şamaxıda ət istehsalı artıb

Yola saldığımız 2019-cu ildə Şamaxı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda bir sıra uğurlu nəticələrlə başa çatıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il təkcə diri çəkidə 4 min 35,3 ton ət istehsal olunub ki, bu da 2018-ci illə mqayisədə 278,2 ton çoxdur. Süd və yumurta istehsalında da artım olub. Belə ki, süd istehsalı 6566 ton artaraq 28 min 362 tona, yumurta 5 milyon 487 min ədəd çoxalaraq 16 milyon 325 minə çatıb.

Qeyd edək ki, bölgədə əhalinin əsas məşğuliyyət sahələrindən olan heyvandarlıqda son vaxtlar güclü inkişaf meylləri müşahidə olunur. Xüsusilə Göylər, Qızmeydan, Çarhan, Qaleybuğurd, Mədrəsə və bir sıra digər ərazi dairələrində, Kürdəmir süd emalı zavodunun Şamaxıda yerləşən heyvandarlıq təsərrüfatında, “Sabah” MMC-də məhsul istehsalında dinamik artım vardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir